İran çətinliklə üzləşib
24 May 2010 Bazar Ertəsi 19:40
İran çətinliklə üzləşib. Bu ölkədə neftin hasilatı azalıb.
İran gün ərzində hasil etdiyi neftin həcmini azaldıb. “Financial Times”ın yazdığına görə, ölkəyə qarşı tətbiq olunan qadağalar və sərmayə çatışmazlığı neftin gündəlik hasilatını 300 min barel həcmində aşağı salıb. Bu da, təbii olaraq ölkəyə külli miqdarda ziyan vurub.
Nəşrin yazdığına əsasən, 2005-ci ildə İranda gündəlik neft hasilatı 4,2 milyon barel təşkil edirdisə, hazırda bu rəqəm 3,8 milyona düşüb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: