İran bugün yene silkelendi
08 Oktyabr 2013 Çərşənbə Axşamı 11:38
Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzi məlumat verib ki, yeraltı təkan Hörmüzqan vilayətində olub.
Bu gün səhər saatlarında İranda zəlzələ baş verib. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzi məlumat verib ki, yeraltı təkan Hörmüzqan vilayətində olub. Zəlzələ yerin 10 km dərinliyində 4,8 bal gücündə baş verib.
Hadisə nəticəsində dağıntı və tələfatın olmadığı bildirilir.
DOSTLARINLA PAYLAŞ: