İran bir ilke imza atmağa hazırlaşır
28 Avqust 2013 Çərşənbə 10:27
İranda qadın səfir və XİN sözçüsü olacaq.
ANS PRESS-in "Mehr" agentliyinə istinadla verdiyi məlumata görə, İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Abbas İrakçi ölkəsinin ilk dəfə qadın səfir təyin edəcəyini açıqlayıb. O, həftəlik mətbuat konfransında yerli və əcnəbi jurnalistlərin suallarını cavablandırıb.
Abbas İrakçi XİN sözçüsü vəzifəsinin ilk dəfə bir qadına verilə biləcəyi sualına isə nazirlikdə bu vəzifənin öhdəsindən gələ biləcək qadın mütəxəssislərin olduğunu deyib. Onun sözlərinə görə, qadınlar xarici siyasət sahəsində təsirə malik ola bilərlər. İrakçi, xarici işlər naziri Zarifinin təlimatı ilə nazilriyin sözçüsü vəzifəsinə və xarici ölkə səfirliklərindən birinə ilk dəfə olaraq bir qadının təyin ediləcəyini açıqlayıb.
DOSTLARINLA PAYLAŞ: