İran Biləsuvarda yeni sərhəd məntəqəsi yaradır
14 İyun 2011 Çərşənbə Axşamı 01:57
Məntəqə gələn ilin iyulunda tam hazır olmalıdır
İran Biləsuvarda yeni sərhəd tenminalının və nəzarət-buraxılış məntəqəsinin inşasına başlayıb. Bunu İranın Azərbaycandakı konsulu Bəhruz Zare Mirzayi deyib. Onun sözlərinə görə, sərhəd məntəqəsi və terminalın tikintisi 8 hektarlıq ərazidə aparılır.

Proqrama görə, sərnişin zalının tikintisi bu il başa çatlırılacaq. Nəzarət-buraxılış məntəqəsi isə gələn ilin iyulunda tam hazır olacaq.

Bəhruz Zare Mirzayi bildirib ki, İran Biləsuvarındakı nəzarət-buraxılış məntəqəsi Naxçıvan MR əhalisi, eləcə də, sərhəd bölgəsində yaşayan azərbaycanlılar və iranlılar üçün çox vacibdir. Konsulun sözlərinə görə, məntəqədə yük və minik avtomobillərinin keçidi sadələşdiriləcək və yaxşılaşdırılacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar