İran Ben Afleki məhkəməyə verir
13 Mart 2013 Çərşənbə 09:21
İslam Respublikası “Arqo əməliyyatı” filminin bu ölkə əleyhinə təbliğat vasitəsi olduğunu hesab edir.
İran höküməti, son zamanlar müzakirə mövzusuna çevrilmiş və ABŞ istehsalı olan “Arqo əməliyyatı” filminin yaradıcı heyətini məhkəmə verməyə hazırlaşır. Belə ki, Tehran Amerikalı rejisyor Ben Aflekin çəkdiyi filmin İran əleyhinə təbliğat vasitəsi olduğunu hesab edir.

BBC-nin verdiyi məlumata görə, artıq İran höküməti iddianı hansı instansiyaya və necə irəli sürmək ətrafında götür-qoy edir. İran tərəfini adı açıqlanmayan fransalı vəkilin təmsil edəcəyi bildirilir. Arqo əməliyyatı filmi rəsmi olaraq İrana idxal olunmasa da, satış nöqtələrində filmin pirat dividilərinə rast gəlmək olur.

Qeyd edək ki, filmin süjeti, İranda 1979-cu il İslam İnqilabından sonra, baş verən Amerikalı əsir böhranı ilə əlaqəlidir və ABŞ səfirliyi işçilərinin İrandan qaçışından bəhs edir. Rejisyor Ben Aflekin də rol aldığı film fevral ayında ən yaxşı film nominasiyası üzrə Oskar mükafatına layiq görülüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar