İran Bəhreyndəki səfirini geri çağırdı
17 Mart 2011 Cümə Axşamı 00:57
Rəsmi Tehran Bəhreyn müxalifətinə hücumu “qırğın” kimi qiymətləndirib
İranın Xarici İşlər Nazirliyin bu ölkənin Bəhreyndəki səfirini “bəhreynlilərin qırılması”na etiraz əlaməti olaraq geri çağırıb. Səfir Mehdi Ağa Cəfəri Manamadakı diplomatik fəaliyyətinə yarım il əvvəl başlamışdı.
Ötən gün səhər saatlarında Bəhreynin təhlükəsizlik qüvvələri şiə müxalifətinin bir aydan çoxdur Manamanın mərkəzi meydanın qurduğu çadır şəhərciyinə hücum edib. Şahidlərin sözlərinə görə, nümayişçilərə hücuim zamanı ağır hərbi texnika və heikopterlərdən istifadə edilib. Bu dəqiqəyədək üç nəfərin öldüyü, yüzlərlə adamı yaralandığı məlumdur.
Xatırladaq ki, fevralda Bəhreyndə şiə müxalifətinin çoxminlik etiraz aksiyaları başlayıb. Ölkə əhalisinin 75 faizini təşkil edən şiələr sünnü müəlimanların idarə etdiyi ölkədə hüquqlarının genişləndirilməsini tələb edirlər Pollis əməkdaşları ilə nümayişçilər arasında baş verən toqquşmalarda yeddi nəfər həlak olub, yüzlərlə adam xəsarət alıb.
Bazar ertəsi ictimai asayişin təmin olunması üçün Fars körfəsi ərəb ölkələrinin əməkdaşlıq Şurasının missiyası çərçivəsində Səudiyyə Ərəbistanından Bəhreynə mindən artıq hərbçi daxil olub. Şurada Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanı təmsil olunur. Bəhreyn müxalifəti isə bu hadisəni “işğal” kimi dəyərləndirib.
DOSTLARINLA PAYLAŞ: