İran Avropanı neft qıtlığı ilə hədələyir
20 Aprel 2012 Cümə 00:57
“Əgər İran Avropaya ixracı dayandırsa, yeni müttəfiqlərinə neft satacaq”.
Avropa Birliyinin birtərəfli sanksiyaları ləğv edilməsə, İran Avropaya neft ixracını dayandıracaq. Bu bəyanatla İranın neft naziri Rüstəm Qasımi çıxış edib. Böyük Britaniya və Fransaya neft nəqlinin rəsmən dayandırıldığını deyən nazir bildirib ki, Yunanıstan, İspaniya və Almaniyanın neft emalı zavodlarına “qara qızıl”ın nəqli davam etdirilir.

“Ən qısa zamanda Avropaya neft nəqli ilə bağlı vəziyyət təhlil ediləcək. Hazırda İranda nəinki neft ixracı azalmayıb, hətta, İran neftinə tələbatın artdığı müşahidə edilir və yeni müqavilələr imzalanıb. Əgər İran Avropaya ixracı dayandırsa, yeni müttəfiqlərinə neft satacaq”, - “Mehr” agentliyinin məlumatına görə, Rüstəm Qasımi deyib.

Nazirin sözlərinə görə, İran neftinin idxalını davam etdirən Yunanıstan şazırda bu ölkəyə olan borcunun əsas hissəsini ödəməkdədir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar