İran Avropa Birliyinə yanacaq ixracını dayandırıb
28 Yanvar 2013 Bazar Ertəsi 13:13
27 Avropa Birliyi ölkəsi isə bundan əvvəl İrandan neft alınmasını dayandırıb.
İran Avropa birliyinə neft və qaz ixracını rəsmi şəkildə dayandırıb. Neft Nazirliyinin sözçüsü Ali Reza Nikzad Rahbar, "Mehr" agentliyinə bildirib ki, nə qədər ki, Avropa Birliyi İrana düşmənçilik münasibəti bəsləyəcək, qadağa da qüvvədə qalacaq.

Qeyd edək ki, 27 Avropa Birliyi ölkəsi bundan əvvəl İrandan neft alınmasını dayandırıb. Beynəlxalq aləm İranı gizlicə nüvə proqramı üzərində işləməkdə günahlandırır.Tehran isə bu ittihamı rədd edərək, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar