İran avro və dollardan imtina edir
16 Yanvar 2013 Çərşənbə 11:24
Qərar İran hökuməti yanında iqtisadi işçi qrup tərəfindən qəbul olunub
İran əcnəbi tərəfdaşları ilə kommersiya ödənişlərində avro və Amerika dollarından istifadə etməyəcək. ANS PRESS-in “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu İranın iqtisadiyyat və maliyyə naziri Şəmsəddin Hüseyni deyib.

“İran hökuməti xarici ticarəti əməliyyatlarda avro və Amerika dollarının yığışdırılmasına göstəriş verib. Ölkə xaricindəki ödənişlərin modeli dəyişdiriləcək”, - deyə nazir jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu qərar İran hökuməti yanında iqtisadi işçi qrup tərəfindən qəbul olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar