İran Almaniya kanslerinin təyyarəsini göydə saxlayıb
31 May 2011 Çərşənbə Axşamı 13:24
Hindistana səfər edən Angel Merkel 2 saat Türkiyə üzərində uçmalı olub
Almaniya kansleri Angela Merkelin Hindistana səfəri zamanı başına iş gəlib. Almaniyalı baş nazirin təyyarəsi paytaxt Yeni Dehliyə enmədən öncə 2 saat Türkiyə üzərində səyahət etməli olub. Belə ki, İran əvvəlcə Angela Merkelin İranın hava məkanı vasitəsilə Hindistana uçuşuna icazə versə də, sonradan fikrini dəyişmək qərarına gəlib. Bu barədə kanslerin sözçüsü Steffen Seibert “Twitter” səhifəsində də yazıb.
Merkellə birgə səyahətə yollana “Reuters”in əməkdaşı da yazıb ki, İran öncə uçuşla bağlı verdiyi icazəni təyyarənin İran hava məkanına daxil olmasına azacıq qalmış geri götürdü. Beləcə, Angela Merkeli Hindistan səfəri zamanı onu müşayiət edən nümayəndə heyəti ilə birlikdə Türkiyə üzərində 2 saat gəzməli olub.
Məlumata görə, Almaniya baş nazirinin təyyarəsindən öncə Berlindən Hindistana uçan təyyarə heç bir problemlə üzləşməyibmiş.
Qeyd edək ki, Angela Merkel Hindistana ikigünlük səfərə yollanıb.
DOSTLARINLA PAYLAŞ: