İran aktrisası 67-ci Kann Film Festivalının sədrini öpüb.
İran aktrisasının 67-ci Kann Film Festivalının sədrini öpməsi Tehrandakı hakimiyyətin xoşuna gəlməyib.
ANS PRESS-in məlumatına görə, Leyla Hatami festival başlananda, təqdimat mərasimində festivalın sədri, 83 yaşlı Gilles Jacobu öpdüyü yerdə şəklini çəkdirib.
Qeyd edək ki, İranlı aktsrias Hataminin özü festivalın jurisinin üzvüdür.
Iranın mədəniyyət nazirinin müavini Hossein Noushabadi mayın 18-də deyib ki, Hataminin festivalda “özünü uyğun olan şəkildə aparmaması İranın dini əqidəsinə ziddir”.
Nazir müavini deyir ki, beynəlxalq səhnəyə İran qadını kimi çıxanlar iranlıların şərəf və ləyaqətinin qeydinə qalmalıdıralr. İndiyə kimi beynəlxalq aləmdə İran qadının adına ləkə gəlməyib.