İran Ağ dəniz bölgəsini qazla təchiz edəcək
09 Avqust 2010 Bazar Ertəsi 20:00
Artıq bununla bağlı müvafiq razılıq əldə olunub.
İran Suriya və Ağ dəniz bölgəsinə təbii qaz ixrac edəcək. Bu barədə İranın dövlət televiziyası məlumat verib.
Türkiyə kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, təbii qazın nəql edilməsi ilə bağlı Tehran və Bağdad rəsmiləri razılıq əldə edib. Boru xətti layihəsinin isə 3 ilə tamamlanacağı planlaşdırılıb.
Layihə həyata keçiriləcəyi təqdirdə, gündəlik olaraq boru ilə 60 milyon kubmetr təbii qaz nəql ediləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: