İran ABŞ və İsraili təhdid etdi
02 İyul 2011 Şənbə 21:47
Qulam Rza Kərimi: “Amerika İrana hücum edəcəyi təqdirdə bu ölkənin regiondakı hərbi bazaları hədəfə alınacaq”.
Amerika İrana hücum edəcəyi təqdirdə bu ölkənin regiondakı hərbi bazaları hədəfə alınacaq. İran parlamentinin Müdafiə komitəsinin rəhbəri Qulam Rza Kərimi “Fars” agentliyinə müsahibəsində belə deyib. “Amerikanın ilk səhv addımında İran raketləri onların hərbi bazalarına doğru yönələcək. Bu halda Amerika əsgərləri öz ölkələrinin regiondakı yanlış siyasətinin qurbanı olacaqlar", deyə Müdafiə komitəsinin rəhbəri bildirib.
O deyib ki, əgər İran Birləşmiş Ştatların regiondakı İslam ölkələrindəki bazalarından da hücuma məruz qalarsa, o nöqtəni də vuracaqlar: “Amma müsəlmanlar narahat olmasın, raketlərimiz dəqiq olacaq”.
İran parlamentinin Müdafiə komitəsinin rəhbəri həmçinin İsrailin mümkün hücumu ilə bağlı da danışaraq sionist rejimin yoxolma mərhələsində olduğunu deyib: “İrana hücum səhvi Qüdsü işğal edən rejimin sonu ola bilər”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: