İran ABŞ prezidentinin müraciətinə münasibət bildirib
20 Mart 2009 Cümə 14:00
«Yalnız davranışındakı fundomental dəyişikliklərdən sonra ABŞ bizə dostluq əlini uzada bilər»

Rəsmi Tehran, ABŞ prezidenti Barak Obamanın İran xalqına müraciətinə münasibət bildirib. İran prezidenti Mahmud Əhmədinejatın müşaviri Əliəkbər Cafanfəxr bildirib ki, Barak Obama, Vaşinqtonun İrana qarşı münasibətini dəyişməlidir: «Yalnız davranışındakı fundomental dəyişikliklərdən sonra ABŞ bizə dostluq əlini uzada bilər. Hələ də davam edən və ABŞ tərəfindən yenidən ətsdiqlənən sanksiyalar doğru deyil və onlara bir daha baxılmalıdır».
Xatırladaq ki, ABŞ prezidenti Barak Obama İran xalqına və bu ölkənin siyasi liderlərinə müraciət edib. O öz müraciətində bildirir ki, İranla ABŞ arasında barışıq prosesi hədələrlə müşaiyət olunmayacaq. Barak Obama, İraqla əlaqələri konstruktiv şəkildə və qarşılıqlı hörmət əsasında inkişaf etdirmək niyyətini də açıqlayıb. ABŞ prezidenti qeyd edib ki, İranın dünyadakı yeri dağıdıcılıq yox, quruculuq bacarığı ilə müəyyənləşəcək. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar