İran ABŞ ilə əməkdaşlıq edəcək
05 Sentyabr 2014 Cümə 18:04
İran prezidenti Əli Xamneyi İŞİD-ə qarşı mübarizə aparmaq üçün göstəriş verib.
İran ABŞ-la əməkdaşlığa razılıq verib.
ANS PRESS-in məlumatına görə, İranın ali dini lideri ayətullah Əli Xamneyi İraqın şimalında İraq və Şam İslam Dövlətinə (İŞİD) qarşı mübarizə üçün ABŞ ilə əməkdaşlıq edilməsini təsdiqləyib.
İŞİD-ə qarşı beynəlxalq miqyasda tək cəhd bu deyil. ABŞ xarici işlər naziri də bu günki NATO zirvəsində İŞİD-ə qarşı mübarizə aparmaq üçün koalisiya qurulması çağırışı edib.
Əli Xamneyi İran ordu komandirinə ABŞ, İraq və kürd qüvvələri ilə hərbi əməkdaşlıq edilməsi səlahiyyəti verib.
Xamneyi İnqilab Gözətçilərinin sərhəddən kənar əməliyyatlarından məsul şəxs olan, Qüds qüvvələrinin komandiri Kasım Süleymaniyə İŞİD-ə qarşı döyüşən qüvvələrlə əməkdaşlıq etməsi üçün icazə verib.
General Süleymaninin ötən aylarda iraqlı şiə milislərlə birlikdə Bağdadın müdafiəsi üçün aktiv olaraq çalışdığı məlumdur.
Halbuki Xamneyi, ilk vaxtlar İraqa kənardan ediləcək bir müdaxiləyə qarşı olduğunu bildirmişdi.
DOSTLARINLA PAYLAŞ: