İran ABŞ-a təşəkkür etdi
08 Yanvar 2012 Bazar 10:40
Bu ölkənin Xarici İşlər Nazirliyi iranlı balıqçıların xilasına rəsmi münasibət bildirib.
Rəsmi Tehran ötən gün iranlı balıqçıları Somali piratlarından xilas etdiyi üçün ABŞ Hərbi-Dəniz Qüvvələrinə təşəkkür edib. İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst "Əl-Aləm" telekanalına verdiyi müsahibəsində bildirib ki, iranlı dənizçilərin xilas edilməsi insanpərvər bir davranışdır. Onun sözlərinə görə, bu cür hərəkətlər insan əxlaqi normalarına uyğundur.
Qeyd edək ki, ötən gün ABŞ gəmisi Ərəb dənizində Somali piratlarının həftələrdir girov saxladığı 13 iranlı dənizçini xilas edib. Pentaqonun məlumatına görə, xilasetmə əməliyyatı İran bayrağı ilə üzən Əl Molay balıqçı gəmisinin SOS sinqnalından sonra başlayıb.
DOSTLARINLA PAYLAŞ: