İran ABŞ-a məxsus daha 2 pilotsuz təyyarəni endirib
17 Dekabr 2012 Bazar Ertəsi 17:20
İslam ölkəsi bu aparatın ölkənin hava məkanında uçuşuna sərt reaksiya verəcəyini bildirib.
İran ABŞ-a məxsus daha 2 pilotsuz uçan aparat endiriblər. ANS PRESS-in AP-yə istinadən verdiyi xəbərə görə, bu haqda yerli İran xəbər agentlikləri məlumat yayıblar.

İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri, kontr-admiral Əli Fadavi bildirib ki, bu apparatlar hələ dekabrın 4-də İran "ScanEagle"ı saxlanmamışdan öncə endiriblərmiş. Fadavi qeyd edib ki, bu aparatın surətləri artıq İran hərbçiləri tərəfindən istifadə olunur. Lakin iranlı komandir əlavə məlumat verməyi lazım bilməyib.

Onun sözlərinə görə, Amerikaya məxsus bu aparat İranın hava məkanına daxil olandan sonra Fars körfəzinin üzərindən endirilib. Bu kəşfiyyat aparatı adətən ABŞ-ın hərbi-dəniz qüvvələrinə məxsus gəmilərində istifadə olunur.

Xatırladaq ki, bir qədər öncə İslam İnqilabı Keşikçiləri Korpusunun aerokosmik bölməsinin rəhbəri general Əmir Əli Hacızadə bildirmişdi ki, İran Fars körfəzində Hark adasında ABŞ-a məxsus kəşfiyyat xarakterli pilotsuz təyyarələrin uçuşuna daha sərt reaksiya verəcək.




DOSTLARINLA PAYLAŞ:

oyunlar