İran 3 müxalifətçinin qətlə yetirildiyini etiraf etdi
20 Dekabr 2009 Bazar 12:55
İran 3 müxalifətçinin qətlə yetirildiyini etiraf etdi. Kaxrizak həbsxanasının 12 əməkdaşına qarşı ittiham irəli sürülüb.
İran höküməti etiraf edib ki, prezident seçkilərindən sonra keçirilən etiraz aksiyalarında iştirakda ittiham edilərək həbs edilən 3 müxalifət nümayəndəsi Kaxrizak həbsxanasında qətlə yetirlib.

Verilən məlumata görə, 12 həbsxana əməkdaşına qarşı ittiham irəli sürülüb.

Xatırladaq ki, bundan əvvəl İran höküməti həbs edilənlərin meningitdən dünyasını dəyişdiyini söyləyirdi.

Tehranda güclü müxalifət həyəcanları iyunun 12-də keçirilən prezident seçkilərinin yekunlarının elan olunmasından sonra baş qaldırıb. İran MSK-nın məlumatına əsasən, səslərin 66 faizini toplayan hazırkı Prezident Mahmud Əhmədinejad qələbə qazanıb. Məğlub olan namizədlərdən biri Mir Hüseyn Musəvi hakimiyyəti səsvermənin nəticələrini saxtalaşdırmaqda günahlandırıb və xalqı aksiyalara qoşulmağa dəvət edib. Toqquşmalar zamanı, rəsmi məlumatlara əsasən, 20 nəfər həlak olub, qeyri-rəsmi məlumatlara görə isə 150 nəfər həlak olub. 1032 nümayişçi həbs edilib. Onların əksəriyyəti azadlığa buraxılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar