İqdirdə Məhərrəm ayı yas mərasimləri başlayıb
14 Dekabr 2010 Çərşənbə Axşamı 05:01
Şəhərin 150 məscidində İmam Hüseynin ruhu üçün ağılar və mərsiyələr oxunur
Türkiyənin İqdir vilayətində Məhərrəm ayına məxsus yas mərasimləri başlayıb. İqdir “Əhli Beyt Din Alimləri” dərnəyinin sədri Xoca Aslan Başaran jurnalistlərə verdiyi açıqlamada Məhərrəm ayı müddətində toy, sünnət və s. bu kimi tədbirlərin keçirilməyəcəyini deyib.
Qeyd edək ki, artıq Hz. İmam Hüseyn (ƏS) əzadarları Məhərrəm ayının başlaması ilə vilayətin 150 məscidindində şəhidlik mərtəbəsinə ucalmış peyğəmbər nəvəsi üçün oxunan ağılar və mərsiyələrin müşayiəti ilə sinəvurma və zincirvurma tədbirləri təşkil edir.
Şəhərin müxtəlif yerlərində isə Kərbəla hadisələrini xatırladan şəkillər və şüarlar asılıb.
Xatırladaq ki, Türkiyənin Naxçıvan (Azərbaycan) və İranla sərhəddə yerləşən İqdir vilayətində əsasən Azərbaycan əslli Cəfəri məzhəbinin mənsubu olan müsəlmanlar yaşayır.
DOSTLARINLA PAYLAŞ: