“iPhone” şikayəti 911 əməkdaşının əsəbini pozdu
03 May 2012 Cümə Axşamı 06:33
Həbs edilən şikayətçi həm də yüksək məbləğdə cərimə olunub.
ABŞ-ın İllinois ştatında “iPhon”u işləmədiyinə görə “911” xilasetmə xidmətini təngə gətirən kişi həbs olunub. 48 yaşlı Maykl Skopek qaynar xəttdə dispeçerə aldığı “iPhon” cihazının düzgün işləmədiyini deyib və “911”-dən başqa heç yerə zəng vura bilmədiyindən şikayət edib. “Mən telefonu divara vurub sındırmağa hazıram. Sizcə bu normaldır? Xeyr bu heçdə normal deyil. Bu andıra qalmış telefona nə olub axı?” deyə qeydə alınmış danışıqda Skopek dispeçerə çığırır.

Skopek həbs zamanı polisə müqavimət göstərdiyinə görə məhkəmə tərəfindən 1000 dollar məbləğində cərimələnib. Üstəlik məhkəmə onun azı 1 il icbari əməyə cəlb olunması haqqında qərar çıxarıb.

Qeyd edək ki, ABŞ-da “911”- xidmətinə qeyri-ciddi məqsədlərlə müraciət edənlər olduqca sərt cəzalandırılır. Xatırladaq ki, təxminən 1 ay əvvəl Tenesi ştatından olan 50 yaşlı qadın “911”-ə hamburgerdən şikayət etdiyinə görə həbs olunmuşdu.


DOSTLARINLA PAYLAŞ:

oyunlar