iPhone 5C 13 yaşlı qızın cibinde partladı
03 Fevral 2014 Bazar Ertəsi 07:13
ABŞ-ın Maine eyaletinde 13 yaşlı qız şagirdin iPhone 5C markalı smartfonu ders vaxtı partlayaraq yanıb.
ANS PRESS-in xeberine göre, hadisenin şahidleri evvel partlayış sesi eşidildiyini, sonra ise qızın şalvarının yanmağa başladığını bildirirler.

Yanğın qızın sinif yoldaşları ve müellimin müdaxilesi ile derhal söndürülüb. Buna baxmayaraq zererçekmiş 2-ci dereceli yanıq xesareti alıb. Xestexanaya çatdırılan qız ambulator müayineden sonra eve buraxılıb.

Hadise yerine ve cihaza baxış keçiren yanğınsöndürme briqadasının emekdaşı partlayışın qısaqapanma neticesinde baş verdiyinin güman edildiyini bildirir.

“Apple” baş vermiş xoşagelmez hadiseye münasibet bildirmeyib.

Qeyd edek ki, bu, “iPhone” smartfonunun ilk partlaması hadisesi deyil. Analoji hadise daha evvel de defelerle baş verib.




DOSTLARINLA PAYLAŞ:

oyunlar