İordaniyada kral hökuməti buraxıb
01 Fevral 2011 Çərşənbə Axşamı 17:15
Samir Rifahini Maruf Bakxita əvəz edib
İordaniya kralı II Abdulla ölkənin yeni baş nazirinin adını açıqlayıb. ANS PRESS-in BBC-yə istinadən yaydığı məlumata görə, kral Samir Rifahinin yerinə Maruf Bakxitanı İordaniyanın baş naziri vəzifəsinə təyin edib.
Qeyd edək ki, Samir Rifahi İoraniyanın keçmiş baş naziri Said Rifahinin oğludur. O 2009-cu ilin dekabırından baş nazir vəzifəsini icra edirdi.
DOSTLARINLA PAYLAŞ: