İordaniyada ilk dəfə qadın prokuror təyin olundu
10 Dekabr 2010 Cümə 06:10
İhsan Bərəkət: “Bu xəbər bütün ərəb dünyasında yaşayan qadınlar üçün yaxşı xəbərdir”
Körfəz ölkələrindən olan İordaniyada ilk dəfə bir qadın prokuror vəzifəsinə təyin olundu. Ölkənin ən ali mühakimə idarəsi olan “Məhkəmə Şurası” 46 yaşlı İhsan Bereketin bazar günü vəzifəsinin icrasına başlaya biləcəyini deyib. Şuranın açıqlamasına görə, 2 övlad anası olan xanım Bereket bir nəfəri qadın olan 60 prokurora rəhbərlik edəcək.
Qeyd edək ki, 8 ildir apellyasiya məhkəməsində hakim olan İhsan Bərəkət bu təyinatın sadəcə İordaniyada yox, bütün ərəb dünyasında yaşayan qadınlar üçün yaxşı xəbər olduğunu deyib.
DOSTLARINLA PAYLAŞ: