İordaniyada bədəvilər də etiraza başladı
16 Fevral 2011 Çərşənbə 05:18
Bədəvi əşirətləri dövlətdən özlərinə aid olduğunu iddia etdikləri torpaqları tələb edir
İordaniyada dövlətdən torpaqlarını geri istəyən bədəvilər etiraz aksiyası keçiriblər. İordaniyanın rəsmi xəbər agentliyi bədəvilərin paytaxt Əmmana gedən magistral yolu bağladığını bildirir. Polis rəsmiləri isə aksiyada dinc şəraitdə keçirildiyini deyib.

“Bəni Səhr” qəbiləsinin əşirətinin sözçüsü beynəlxalq hava limanının yaxınlığında olan Cizzə ərazisində olan mübahisəli tarlaların özlərinə aid olduğunu deyib.

Hökumət rəsmiləri isə “Bəni Səhr” və digər əşirətlərdən son 30 ildə alınan torpaqların dövlətə aid olduğunu iddia edir.

Qeyd edək ki, İordaniya hökuməti bir neçə gün əvvəl eyni tələblə çıxış edən başqa bir bədəvi əşirətinə torpaqlarını qaytaracağını bildirib.

Xatırladaq ki, ölkədəki hakim “Haşimi” ailəsinin əsas dəstəkçiləri İordaniyanın əşirətləridir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar