İnterpol Kurmanbek Bakiyevi axtarmır
17 İyun 2010 Cümə Axşamı 01:15
Təşkilat Qırğızıstanın müvəqqəti hökumətinin müraciətini araşdırmaqla məşğuldur.
İnterpol Qırğızıstanın müvəqqəti hökumətinin keçmiş ölkə prezidenti Kurmanbek Bakiyevin beynəlxalq axtarışa verilməsi barədə müraciətini araşdırır. Bu barədə məlumatı İnterpolun Qırğıstan bürosu yayıb.
Məlumatda deyilir ki, İnterpolun Qırğızıstan bürosu ölkə hökumətinin müraciəti əsasında təşkilatın Baş Katibliyinə Kurmanbek Bakiyevin beynəlxalq axtarışa verilməsi barədə sorğu göndərib: “İnterpolun Baş Katibliyinin hüquq məsələləri şöbəsinin cavabına görə, həmin sorğu İnterpolun qaydalarına uyğunluqla bağlı hüquqi öyrənilmə səviyyəsindədir. Hüquq məsələləri şöbəsi araşdırma başa çatdıqdan sonra nəticələri açıqlayacaq”.
Hazırda Kurmanbek Bakiyev Belarusdadır. Belarusun Baş Prokurorluğu onu Qırğızıstana verməkdən imtina edib.
Qeyd edək ki, Qırğızıstanda müxalifətin aprelin 7-də başlayan kütləvi aksiyalarından sonra Kurmanbek Bakiyev ölkəni tərk edib və istefa ərizəsi yazıb. Çevrilişlə nəticələnən kütləvi iğtişaşlar zamanı 86 nəfər həlak olub. Qiyam yolu ilə formalaşan müvəqqəti koalisiya hökuməti Kurmanbek Bakiyevi eks-prezident statusundan və toxunulmazlıq hüququnda məhrum edib. Müvəqqəti hökumət onu mitiq iştirakçılarının gülləbaran edilməsində, hakiimiyyətdən sui-istifadədə və maliyyə cinayətlərində ittiham edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: