İnterpol həyəcan qaldırdı
05 Avqust 2013 Bazar Ertəsi 04:15
Qurum həbsxanalarından məhbusların kütləvi şəkildə qaçmaları ilə bağlı 190 üzv dövlətə müraciət ünvanlayıb.
İnterpol son bir ayda İraq, Pakistan və Liviya həbsxanalarından məhbusların kütləvi şəkildə qaçmaları ilə bağlı 190 üzv dövlətə müraciət ünvanlayıb.
Müraciət türmələrdən qaçan məhbusların “Əl-Qayidə” terror təşkilatına qoşulmalarından narahatlıq hissi ifadə olunmuş, terror aktları təhlükəsinin artdığı diqqətə çatdırılmışdır.
Mənzil iqamətgahı Fransanın Lion şəhərində yerləşən İnterpol həbsxanalardan qaçan məhbusların “Əl-Qayida” terror təşkilatına qoşulmaları nəticəsində bu təşkilatda fəallıq nəzərə çarpdığı, onun bəzi ölkələrdə terror aktları törətməyə hazırlaşdığını bəyan etmişdir.
İnterpolun rəhbərliyi ABŞ Dövlət Departamentinin təhlükəsizlik məqsədilə Yəməndəki səfirliyini bağlaması və vətəndaşlarını ehtiyatlı olmağa çağırmasını, Almaniya, Böyük Britaniya və Fransa dövlətlərinin də Amerikanın nümunəsini təkrar edərək bu ölkədəki səfirliklərini bağlamalarının gözlənilən terror aktları ilə əlaqdar olduğunu bildirmişdir.
DOSTLARINLA PAYLAŞ: