İnternet tarixinin ən böyük qəzası
28 Fevral 2009 Şənbə 16:27
İnternet tarixində ən böyük qəza baş verib. Çexiyadakı provayderin səhvi ən iri miqyaslı kəsintiyə səbəb olub.
APA-nın “Regnum”a istinadən verdiyi məlumata görə, serverin təmiri zamanı provayderin texniki əməkdaşı kommunikasion modemlərə yanlış parametrlər yükləyib. Köhnə modemlər yüklənməyə dözməyərək sıradan çıxıb. Nəticədə ABŞ, Qərbi Avropa, Afrika və Asiyada qlobal şəbəkənin istifadəçiləri internetə daxil ola bilməyiblər. Günahkar firma şəbəkədən tam çıxarıldıqdan sonra internetin işini bərpa etmək mümkün olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar