İnsanlıq abidəsi ilə bağlı rəsmi yazışmalar aparılır
17 Yanvar 2011 Bazar Ertəsi 23:45
İnsanlıq abidəsi ilə bağlı rəsmi yazışmalar aparılır . Yazışma işləri təxminən bir aya yekunlaşacaq.
Türkiyənin Qars şəhərində türk-erməni dostluğunun simvolu kimi ucaldılmış abidənin sökülməsi üçün rəsmi yazışmalar aparılır. Bu barədə Qars bələdiyyəsinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Özləm Öztürk məlumat verib. O, yazışmalara texniki sahənin də aid olduğunu deyib.
Yazışma işləri təxminən bir aya yekunlaşacaq.
Xatırladaq ki, “İnsanlıq abidəsi” adlanan və türk-erməni dostluğunun simvolu kimi təqdim olunan abidənin tikintisinə 2008-ci ildə başlanılıb. Abidə ucaldılsa da, tikintisi tam yekunlaşmayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: