İnsanları müharibə deyil, xəstəlik öldürür
22 Yanvar 2010 Cümə 19:25
Belçikalı tədqiqatçılar belə bir qənaətə gəliblər
Afrikanın Darfur regionunda davam edən silahlı münaqişənin üç yüz min qurbanının təqribən 80 faizi müxtəlif xəstəliklərdən vəfat edib. Belçikalı tədqiqatçılar belə bir qənaətə gəliblər.

“The Lancet” elmi jurnalında dərc olunan və 2003-2009-cu illədək olan dövrdən əldə olunan materiallara əsaslanan tədqiqatların nəticələri Darfurun dinc əhalisinin əsas qatillərindən birinin digər xəstəliklərə də yol açan diareya olduğuna sübutdur. Statistikaya əsasən, diareya hər il bütün dünyada ən azı 1,5 milyon insanın həyatına son qoyur ki, bu da QİÇS, malyariya və s. xəstəliklərdən ölənlərin sayını üstələyir.

Belçikalılar əmin edirlər ki, regionda fəaliyyət göstərən həkimlərin sayının azalması yerli əhali arasında ölüm səviyyəsinin artması ilə nəticələnəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar