İnsanlar metroda şalvarlarını çıxardılar
11 Yanvar 2010 Bazar Ertəsi 13:05
Yarıçılpaq aksiya Nyu Yorkda keçirilib
ABŞ-ın Nyu York şəhərində artıq ənənə halını alan "şalvarsız metro səyahəti" adlı qeyri-adi aksiya keçirilib.
Aksiyada 3 minə yaxın adam iştirak edib. Qışın oğlan çağında metroya minən kişi və qadınlar müxtəlif stansiyalarda, vaqonda şalvarlarını çıxarmağa başlayıblar.
Metroda olan digər sərnişinlər isə heyrətlə heç bir şey olmamış kimi yarıçılpaq halda kitab, qəzet oxuyan, komputerdə işləyən, musiqiyə qulaq asan aksiya iştirakçılarını izləyiblər.
Aksiya iştirakçıları onlara verilən suallara isə "şalvarımı geyinməyi unutdum", "şalvar geyməyə vaxtım qalmadı", "qlobal isinməyə etiraz edirəm", "şalvarım islandı, üşüdüm çıxardım", "şalvar 2009-da qaldı" "2010-cu il də şalvar geyinməyəcəm" kimi cavablar veriblər.
İki saata yaxın metroda səyahət edən yarıçılpaqlar aksiyanı küçədə davam etdiriblər.
Nyu York polisi isə şalvarsız səyahət edənlərə müdaxilə etməyib.
Aksiyanın məqsədi isə cansıxıcı olan metro səyahəti zamanı həm əylənmək, həm də əyləndirməkdir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: