İnsanlar 6 tonluq fili parçaladı
12 Mart 2010 Cümə 20:25
Aclıqdan əziyyət çəkən Zimbaviya sakinləri iki gün bayram edib.
“Gonarezhou” Beynəlxalq Parkında yaşayan bir filin ölməsi Zimbaviyada yerləşən kəndlərdən birinin sakinlərinin sevincinə və xilasına səbəb olub. Aclıqdan əziyyət çəkən kənd sakinləri fil leşinə hücum edərək qısa zamanda 6 tonluq fili parçalayıblar.
Balta və bıçaqla 6 tonluq leşi 47 dəqiqədə skletinə qədər soyan kəndlilər bununla kifayətlənməyiblər. Filin xortumu və qulaqlarını da bişirmək üçün kəsən insanlar onun sümüklərini isə şorba bişirmək üçün aparmaq qərarına gəliblər. 24 saatdan sonra parkın ərazisində filin yalnız heç nəyə yaramayan bel sümüyü, qan və ayaq izləri qalıb.
Beynəlxalq Qızıl Xaç Komitəsinin dünən yaydığı bəyanatda Zimbaviyada hər dörd nəfərdən birinin aclıqdan əziyyət çəkdiyi və yardıma ehtiyacı olduğu bildirilib.
Hadisənin şəkillərini çəkən fotoqraf David Çansellorun sözlərinə görə, kəndlilər fil cəsədini tapdıqdan sonra iki gün bayram ediblər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: