İnsan beyninin musiqisi
16 Noyabr 2012 Cümə 17:27
Çin araşdırmaçıları uğurlu yeniliyə imza atıblar
Çin araşdırmaçıları uğurlu yeniliyə imza atıblar. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, onlar insan beyninin aktivliyini musiqi halında ölçərək, gözlənilənlərdən fərqli nəticə əldə ediblər.

Belə ki, onlar insan beynində bir-birinə bağlı olan fortopiano və cazz inprovizasiyasına oxşar musiqi əldə ediblər.

Çinin elektron elmlər və teniologiyalar universitetində aparılan araşdırmada alimlər belə bir nəticəyə gəliblər ki, insan beyninin effektivliyi takt halına çevrilib, orada dövran edən qan isə ritm mənasında təqdim olunub. Nəticədə alimlər olduqca qəliz bir simfoniyanı eşidə biliblər.

Araşdırmanın müəllifləri Tzin Lu və Deçjun Yao əmindirlər ki, onların insan beynində əldə etdikləri siqnallarla əldə etdikləri uğurla, beynin təbiətini araşdıra biləcəklər.

Onlar 14 yaşlı qızın və 31 yaşlı qadının beyninin aktivliyini ölçərək, onların beynində olan musiqinin hələki bir repetisiya halında olması qənaətinə gəliblər. Ancaq alimlər əmindirlər ki, gələcəkdə müxtəlif psixi vəziyyətlərdə olan insanların beyin aktivliyini araşdırdıqda, onlar beynin düzgün diaqnozunu qoya və onu düzgün müalicə edə biləcəklər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar