İnşallah Sarkozi infark keçirər!
23 Avqust 2010 Bazar Ertəsi 06:55
Hökumətin qaraçılara qarşı mübarizəyə başladığını deyən rahib Sarkoziyə qarğadığını deyib.
Fransada bir rahib prezident Nikolya Sarkozinin infarkt keçirməsi üçün dua etdiyini bildirib. Ölkənin şimalındakı Lilldə olan “St. Martin Esquermes” kilsəsinin 71 yaşlı rahibi Artur Hervet hakimiyyətdə olanlardan Tanrıya sığındığını, çünki onların qovmaqdan başqa heç bir işi olmadığını və qaraçılara yardım üçün bir planlarının olduğuna inanmadığını deyib.
Hökumətin qaraçılara qarşı mübarizəyə başladığını deyən rahib Sarkoziyə qarğadığını deyib: “Sizdən üzr istəyərək cənab Sarkozinin infarkt keçirməsi üçün dua edirəm”.
Rahib Hervet etirazı daha da sərtləşdirərək Fransa hökuməti tərəfindən verilmiş “Ləyaqət” nişanını da Daxili işlər nazirliyinə qaytaracağını deyib.
Xatırladaq ki, Fransada qeyri-qanuni miqrantlara qarşı keçirilən əməliyyatlar çərçivəsində 700 qaraçı ölkədən deportasiya edilib.
İnsan hüquqları təşkilatları və müxalifət partiyaları hökumətin bu addımına etiraz edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: