İnquşetiyanın sabiq baş naziri qətlə yetirilib
13 İyun 2009 Şənbə 20:55
62 yaşlı Bəşir Auşev evinin qapısı önündə açılan atəş nəticəsində öldürülüb

İnquşetiyada hökumətin sabiq baş naziri Bəşir Auşev qətlə yetirilib. ANS PRESS-in “İtar-tass”a istinadən verdiyi xəbərə görə, 62 yaşlı Auşev Nazran şəhərində evinin qapısı önündə açılan atəş nəticəsində öldürülüb.

Auşev aldığı yaralardan “təcili yardım” maşınında vəfat edib.

Atəş açan şəxslər isə hadisə yerinədən qaçmağa nail olublar.

Hazırda cinayətkarların axtarılması üzrə tədbirlər görülür. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar