Əcaib məxluq xeyriyyə aksiyasının bir hissəsi olub.
Rusiya feredasiyası İnquşetiya Respublikasında tapılan "qar adamı" ilə bağlı hekayə uydurma çıxdı. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, meşədən tapıldığı iddia edilən qorillaya bənzəyən məxluq haqqında hekayə xeyriyyə aksiyası məqsədi daşıyıb.
Respublikanın əmək və sosial inkişaf naziri Baqaudin Marşaninin sözlərinə görə, bu yeni il zarafatı ilə respublika rəhbərliyi ictimaiyyətin diqqətini valideyn himayəsindən məhrum, imkansız ailələrdən olan uşaqlara çəkmək istəyib:
"Biz sadəcə uşaqları maraqlı tamaşa ilə sevindirmək istədik. Bizim gənc respublikamızda hələ nə sirk, nə də uşaq atraksionları var. Ötən gün biz yerli telekanal ilə "qar adamı" tapdığımızı və ona baxmaq üçün Şaxta baba ilə Qar qızın gələcəyini elan etdik".
Qeyd edək ki, "qar adamı"nın tapılması barədə чэиэк nəinki İnquşetiyada, hətеa onun hüdudlarından kənarda belə böyük ajшotaja səbəb olub. Ona baxmaq üçün məxluqun yerləşdirildiyi Surxaxi heyvanxanasına ancaq Qroznıdan yüzlərlə insan gəlib. Onlara qəfəsdə meymun kimi geyinən heyvanxananın əməkdaşını nümayiş etdiriblər. Bu oyuna inanalar isə ürəkləri istədikləri məbləğdə vəsaitlə xeyriyyə aksiyasına qoşula biliblər.