İnquşetiyada Ali Məhkəmənin sədr müavini qətlə yetirilib. Aza Qazqerev içərisində olduğu maşının atəşə tutulması nəticəsində aldığı güllə yaralarından ölüb.
Qeyd edək ki, sədr müavinin avtomobili Nazranda naməlum şəxslər tərəfindən atəşə tutulub. Hadisə zamanı avtomobildə olan üç nəfər xəstəxanaya çatdırılıb. /ANS PRESS/