İnquşetiyada iki terror aktının qarşısı alınıb
04 Aprel 2012 Çərşənbə 00:47
Nazranda beş silahlı öldürülüb, partlayıcı qurğu zərərsizləşdirilib.
Rusiyanın Nazran şəhərində iki terror aktının qarşısı alınıb. ANS PRESS-in BBC-yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Milli Antiterror Komitəsi açıqlayıb. Komitənin məlumatında deyilir ki, güc strukturlarının keçirdiyi əməliyyat zamanı beş silahlı öldürülüb. Silahlılardan ikisində 5 kiloqram trotil ekvivalentində “intihar kəməri” aşkarlanıb.
Daha əvvəl yayılan məlumatda deyilirdi ki, Nazranda hüquq-mühafizə orqanlarının əməkdaşları keçirdikləri əməliyyat zamanı minik avtomobilini saxlamağa cəhd göstəriblər. Lakin maşındakılar asayiş keşikçilərinə atəş açıblar. Cavab atəşi ilə maşındakılar öldürülüb. Əvvəlcə öldürülənlərin sayının dörd olduğu bildirilsə də, sonradan zərərsizləşdirilən silahlıların beş nəfər olduğu açıqlanıb.
DOSTLARINLA PAYLAŞ: