Rusiya Federasiyasına daxil olan İnquşetiya respublikasında hərbçilərə qəfil hücum olub. Kantışev məntəqəsində bir qrup silahlı dəstə hərbçilərin olduğu avtomobili atəşə tutub. Atışma nəticəsində iki nəfər ölüb, bir nəfər isə yaralanıb.
Dəstə hadisə yerindən qaçıb.
Hazırda İnquşetiyada xüsusi əməliyyat keçirilir. Faktla bağlı cinayət işi açılıb. /ANS TV/