İnquşetiyanın Sunjen rayonunun üç kəndində iyunun 3-də başlayan antiterror əməliyyatı başa çatıb. ANS PRESS, “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, əməliyyat zamanı Sunjen rayonunun Mujiçi kəndi ətrafında bir qrupp silahlı aşkarlanıb. Silahlılarla hüquq-mühafizə orqanı əməkdaşları arasında baş vermiş atışmada dörd silahlı öldürülüb, güc strkturlarının bir əməkdaşı həlak olub. Bundan başqa, silahlıların bazası aşkarlanıb və 58 qumbara və 545 kalibrli patronlar götürülüb.
Hazırda öldürülmüş silahlıların şəxsiyyəti dəqiqləşdirilir. Antiterror əməliyyatı ilə əlaqədar İnquşetiyanın müəyyən rayonlarında tətbiq olunmuş məhdudiyyətlər artıq aradan qaldırılıb. /ANS PRESS/