İnquşetiya Tehlükesizlik Şurasının katibi öldürülüb
27 Avqust 2013 Çərşənbə Axşamı 10:38
İnquşetiya Tehlükesizlik Şurasının katibi Ehmed Kotiyevin maşını gülleboran edilib.
İnquşetiya Təhlükəsizlik Şurasının katibi Əhməd Kotiyev qətlə yetirilib. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata hgörə, Kotiyev bu gün səhər sui qəsdə məruz qalıb.
Onun avtomobili saat 07:30-da Malqobek-Nazray magistralında atəşə tutulub. Təhlükəsizlik Şurasının katibi hadisə yerindəcə keçinib. Onun sürücüsü isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Amma həkimlər onunda həyatını xilas edə bilməyiblər.
Hələlik hüquq-mühafizə orqanları baş vermiş hadisə ilə bağlı heç bir versiya səsləndirməyiblər. İnquşetiya dövlət başçısının səlahiyyətlərini yerinə yetirən Yunusbek Yevkurov Ə.Kotiyevin qətlinin qanunsuz silahlı birləşmələrdə iştirak edən şəxslərin normal həyata qayıtması istiqamətində fəaliyyəti ilə bağlı olduğunu bildirib.
Qeyd edək ki, Əhməd Kotiyev adıçəkilən vəzifədə 2011-ci ilin aprel ayından işləyib. Ötən ilin iyun ayında onun Malqobekdəki evi qrantamyotdan atəşə tutulmuşdu.
DOSTLARINLA PAYLAŞ: