İnquşetiyanın prezidenti Yunus bəy Yevkuriva qarşı sui-qəsd törədilib. Bu barədə RİA Novostiyə daxili işlər nazirliyindən məlumat verilib.
Hadisə nəticəsində prezident, onun qardaşı və mühafizəçisi yaralanıb və xəstəxanaya aparılıb.
Məlumata görə, partlayış prezidentin kortecinin yolunda baş verib. /ANS PRESS/