İnquşetiya prezidenti Moskvada müalicə olunacaq
22 İyun 2009 Bazar Ertəsi 12:45
Onun qardaşının ölməsi xəbərini mətbuat xidməti təkzib edib

 

İnquşetiya prezidenti Yunusbəy Yevkurovun kortecinin yanında kamikadzenin partladılması güman edilən bombanın gücü 70 kiloqram trotilaya bərabər olub. Bu barədə RİA Novosti məlumat verib.

Y.Yevkurova qarşı törədilən sui-qəsd nəticəsində prezidentin kiçik qardaşının ölməsi xəbərini respublika rəhbərinin mətbuat xidməti təkzib edib. Məlumata görə, onun vəziyyəti normaldır.

Hüquq-mühafizə xidmətindən verilən məlumata görə, vəziyyəti ağır olan Yevkurov müalicə üçün Moskvaya aparılacaq. Xatırladaq ki, insident zamanı prezidentin 3 mühafizəçisi həlak olub. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar