İnquşetiya DİN rəhbərinin müavininin maşını partladılıb
19 Aprel 2010 Bazar Ertəsi 11:30
Hadisə nəticəsində bir nəfər nazirlik işçisi yaralanıb.
Bu gün səhərə yaxın Rusiyanın İnquşetiya Respublikasının daxili işlər nazirinin müavini Beslan Şadiyevin avtomobili Nazran şəhərində partladılıb. ANS PRESS-in Rusiya mətbuatına istindən verdiyi xəbərə görə, partlayış nəticəsində nazir müavininin sürücüsü yaralanıb.
"Moskva vaxtı ilə təqribən saat 09:00-da İnquşetiyanın Daxili İşlər Nazirliyinin Nazran şəhərindəki binası qarşısında yerləşən avtomobil dayanacağında nazir müavini B.Şadiyevin minik maşını naməlum şəxslər tərəfindən partladılıb. Partlayış nəticəsində, ilkin məlumatlara görə, onun sürücüsü Adam Auşev xəsarət alıb", - deyə Rusiya mətbuatının İnquşetiya DİN-dəki mənbəyə istinadən yaydığı xəbərdə bildirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: