İnkom-Lada müflis olub
18 İyun 2009 Cümə Axşamı 18:00
Şirkət “VAZ”, “QAZ”, “İJ”, “Renault”, “Daewoo”, “Kia”nın rəsmi dileridir

 

Bu gün Moskvanın Arbitraj Məhkəməsi "İnkom-Lada" MMC-nin müflis olduğunu təsdiq edib. ANS PRESS-in “RBC”ya istinadən verdiyi xəbərə görə, müflislik olduğunu şirkətin özü bəyan edib.

Məhkəmə şirkətdə altı ay müddətinə müsabiqə istehsalı tətbiq edib. Məhkəmənin 2009-cu il 17 dekabr tarixində keçiriləcək növbəti iclasında prosedurun gedişatı barədə hesabat təqdim olunacaq.

Xatırladaq ki, "İnkom-Lada" şirkəti avtosalon şəbəkələri və texniki mərkəzlərə malikdir.
Şirkət “VAZ”, “QAZ”, “İJ”, “Renault”, “Daewoo”, “Kia”nın rəsmi dileridir və bu markaların demək olar ki, bütün modelləri istehsal edir. "İnkom-Lada"nın avtosalonlarında həmçinin “Audi”, “Mercedes”, “BMW”, “Volkswagen”, “Nissan”, “Toyota”, “Mitsubishi”, “Opel” avtomobilləri satılır. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar