İngiltərədə təəccüb doğuran Ramazan qərarı
03 İyul 2013 Çərşənbə 08:17
Channel 4 televiziyası Ramazan ayı boyunca səhər namazları vaxtı azan səsini yayımlayacaq
Böyük Britaniyanın Channel 4 televiziyası Ramazan ayı boyunca səhər namazları vaxtı azan səsini yayımlayacaq. ANS PRESS-in The Guardian-a istinadən verdiyi məlumata görə, telekanalın rəhbəri Ralf Li ölkədə 2.8 milyon müsəlmanın olduğunu və insanların terrorizmin islama heç bir aiddiyyatı olmamasını düşünmələrini istədiyi söyləyib. O, eyni zamanda Channel 4-ün bu addımına görə tənqidlərə tuş gələcəyinə şübhə etmədiyini bildirib.
Üç dəqiqəlik çağırış 9 iyuldan başlayaraq hər gün nümayiş ediləcək. Bundan başqa Razaman ayının birinci günü Chanel 4 telekanalı öz verilişlərini kəsərək ibadətin yaxınlaşdığını xatırladan 20 dəqiqəlik videorolik göstərəcək.
Britaniyanın müsəlmanlar şurası Channel 4 telekanalının bu qərarını dəstəkləyib.
The Guardian xatırladır ki, sözügedən kanal mübahihəli yayımı ilk dəfə buraxmır. Belə ki, 2008-ci ildə İran prezidenti Mahmud Əhmədinecatın Yeni il təbriki nitqini II Yelizavetanın hər ilki təbrikinə alternativ kimi verib.
DOSTLARINLA PAYLAŞ: