İngiltərənin cənub-qərbində 2012-ci il Olimpiadası üçün yolun tikintisi zamanı Roma İmperiyası tarixinin əvvəlinə aid 45 insanın qalığı tapılıb. ANS PRESS-in “BBC”yə istinadən verdiyi xəbərə görə, arxeoloqlar tapılan insanların Roma əsgərləri tərəfindən öldürülə biləcəyini və ya epidemiyadan həlak olduqlarını ehtimal edirlər. /ANS PRESS/