İngiltərədə keşiş 360 nəfərə saxta kəbin kəsib
02 Avqust 2010 Bazar Ertəsi 06:25
Keşiş bu məqsədlə kəsdiyi hər kəbin üçün 15 min funt-sterlinq alırmış.
İngiltərənin Sasseks şəhərindəki kilsələrdən brində vəzifəli olan keşişin son 4 ildə 360 saxta kəbin kəsdiyi məlum olub. Aleks Braun adlı keşiş afrikalı qaçaq miqrantları şərqi-avropalı miqrantlarla evləndirməkdə ittiham olunur. Məlum olub ki, afrikalı qaçaq miqrantlar bu ölkədə yaşamaq izni almaq üçün şərqi-avropalılarla ailə həyatı qurur, bunu təmin edən Aleks Braun isə hər kəbin üçün 15 000 funt-sterlinq (təx. 18 800 manat) pul alırmış.

Hadisə, ölkədə yaşamaq izni almaq üçün kilsədən gələn müraciətlərin çoxluğu səbəbilə İngiltərə sərhəd qoşunları rəsmilərinin keçirdiyi reyd nəticəsində meydana çıxıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar