İngiltərədə İslam dini əleyhinə nümayişdə qarşıdurma
06 Dekabr 2009 Bazar 00:45
Sərxoş nümayiş iştirakçıları ilə antifaşistlər arasında dava düşüb
İngiltərənin Nottingenm şəhərində İslam dini əleyhinə nümayişdə qarşıdurma baş verib. Polis əməkdaşları ilə qarşıdurmada iştirak edənlər həbs olunublar.
“İngilis müdafiə liqası”nın üzvü olan təxminən 500 nəfər Nottingemin küçələrinə İngiltərənin bayraqları çıxıb. Onlardan bir çoxu sərxoş olub. Sərxoş nümayişçilər “mühacirlərin yerləşdəriliməsinə son qoyulmasını” və “ölkənin onlara qaytarılmasını” tələb ediblər.
Lakin onlar qarşılarında “Faşistlərərə qarşı birləşin” hərəkətanın yüzlərlə üzvünü görüblər. İki qrupun fəalları arasında mübahisələr qarşıdurmaya səbəb olub. Polis əməkdaşları qruplar arasında canlı sədd qurmalı olublar və asayipşin bərpası üçün dəyənədək və xidməti itlərdən istifadə ediblər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: