İngiltərədə A/H1N1 qripindən ilk ölüm halı qeydə alınıb. Bu barədə Gazeta.ru məlumat verib. Məlumata görə, ölən şəxs Şotlandiyada A/H1N1 virusuna yoluxan on nəfərdən biri olub.
Qeyd edək ki, Braziliyada virusa yoluxanların sayı 69, Boliviyada 9, Venesuelada 44, Kolumbiyada 42, Paraqvayda 25, Peruda 94, Ekvadorda isə 84 nəfərə çatıb. Çilidə isə virusa yoluxanların sayı rəsmi məlumatlara görə, 2335 nəfərə çatıb. Artıq Çili prezidenti infeksiyanın yayılması ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib. /ANSPRESS/