İngiltere vetendaşlarını Türkiyeye getmemeye cağırdı
05 Sentyabr 2013 Cümə Axşamı 10:03
Sebeb ise Suriyaya gözlenilen herbi müdaxile fonunda Türkiyeye terror hücumu tehlükesinin artmasıdır.
Ingiltərə Xarici İşlər Nazirliyi Suriyaya qarşı hərbi müdaxilə olacağı təqdirdə, Türkiyənin terror təşkilatlarının hədəfi olacağı barədə xəbərdarlıq edib.

ANS PRESS-in Türkiyə mediasına istinadən məlumatına görə, İngiltərə XİN-i Reyhanlıda baş verən terror hadisəsini xatırladaraq, Türkiyənin Bəşər Əsəd rejiminə yaxın olan qrupların hücumuna məruz qalacağı təhlükəsinin yüksək olduğunu bildirib.

Artıq İngiltərə höküməti vətəndaşlarına Türkiyəyə vacib olmadığı təqdirdə səfər etməmək barədə xəbərdarlıq edib. Səbəb isə Suriyaya gözlənilən hərbi müdaxilə fonunda Türkiyəyə terror hücumu təhlükəsinin artmasıdır.

Suriya rejimini müdafiə edən terrorçu qruplar özlərinə yaxın mətbuat orqanlarında bununla bağlı xəbərdarlıq edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar